"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Namizəd ismayılov: “Lökbatan bələdiyyəsi sosial layihələrə diqqəti arıtrıb”

--2016-01-18 / 20:48

Bu günlərdə Qaradağ rayon Lökbatan bələdiyyəsi 2015-ci ilə yekun vurub. Bələdiyyə üzvlərinin, qulluqçularının və ictimai fəal sakinlərinin iştirakıyla keçirilən hesabat yığıncağında ciddi fikir mübadiləsi həyata keçirilib. Hesabat yığıncağında çıxış edən bələdiyyə sədri Namizəd ismayılov bələdiyyə üzvlərinə məlumat verərək qeyd edib ki, ötən il ərzində Lökbatan bələdiyyəsi tərəfindən qəsəbədə sosial-iqtisadi məsələlərin həlli üçün bir sıra işlər həyata keçirilib.

Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri məhəllədaxili ərazilərdə təmizlik işlərinin həyata keçirilməsi və məhəllədaxili yolların asfaltlaşdırlıması olub. Lökbatan bələdiyyəsi tərəfindən qəsəbənin H. Məmmədov küçəsində yerləşən  1 və 5 saylı binaların yaxınlığında, Nizami küçəsi 5 ünvanında, Sabit  Orucov döngəsində və S.Orucov küçəsindəki 39 saylı binanın yaxınlığında-dörd ünvanda zibil qutularının yerləşdirliməsi üçün  meydança tikilərək istifadəyə  verilib. Bununla yanaşı  B.Niftəliyev küçəsi və VIII massivdə məhəllədaxili yollarda üç min səkkiz yüz m2 gil-lay qatı çıxarılaraq ərazidə bərkitmə işləri aparılıb, S.Orucov küçəsi, Musəvi küçəsi və III massiv  I küçədə  5 ədəd kanalizasiya lyuku bərpa edilib.

Çıxışında sədr Namizəd ismayılov qeyd edib ki, qəsəbədaxili yollara asfalt vurulmasını da diqqətdə saxlanılıb: “Ötən il ərzində  Lökbatan bələdiyyəsi tərəfindən qəsəbədaxili yollara üç min üç yüz otuz m2  asfalt  örtüyü,  S.Orucov küçəsi, III yaşayış massivi, Nizami küçəsi, Musəvi küçəsi, Y.Mirzəyev və V.əsgərov küçələrində iki min beş yüz əlli üç  m2 sahəyə asfalt vurulub, həmin ərazidə  bir min üç yüz qırx msahədə isə karbonat işləri həyata keçirilib.”

Eyni zamanda Lökbatan bələdiyyəsi qəsəbədə daim sosial məsələlərin diqqət mərkəzində saxlanılmasını davam etdirərək neftçi Qurban Abbasov adına 288 saylı məktəbin ətrafında yaşayan və həmin məktəbdə təhsil alan məktəblilər, müəllimlərin, o cümlədən  qəsəbə sakinlərinin rahatlığını təmin etmək məqsədilə məktəbin ətrafında 5 istiqamətdə piyada yolu salaraq yeddi yüz yetmiş yeddi m2 sahəyə asfalt, bir min üç yüz qırx bir m2-lıq sahə isə asfalt vurulması üçün hazırlanıb,  I yaşayış massivində bir min səkkiz yüz m2, VI yaşayış massivində min iki yüz m2 sahədə asfaltaltı hazırlıq işləri həyata keçirilib, II və III yaşayış massivlərində dağ yamaclarından sel sularının gətirdiyi daş qırıntıları, eyni zamanda S.Orucov küçəsində torpaq və inşaat materiallarının qalıqları yığılaraq daşınıb, həmçinin Lökbatan bələdiyyəsi tərəfindən qəsəbədə  fəaliyyət göstərən 4 saylı usaq bağçasının bir neçə otağı cari təmir edilərək istifadəyə verilib.

Sədr çıxışında daha sonra qeyd edib ki, Lökbatan bələdiyyəsinin sosial fəaliyyətinin davamı olaraq qeyd edib ki, S.Səfərov küçəsi 4 ünvanında məhəllə sakinlərinin, məhəllə ağsaqqallarının istirahət etmələrinə və boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq məqsədilə məhəllədə istirahət guşəsi - söhbət yeri inşa edilib, i.Nəbiyev küçəsi ev 2a ünvanında yerləşən binanın birinci girişinə qapı düzəldilib. S.Orucov küçəsi 5 ünvanında 35 m kanalizasiya xətti çəkilib, bələdiyyənin  inzibati  binasının  dam  örtüyü cari  təmir  edilib, Azərbaycan Respublikası  Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidmətinin 1-ci ərazi Dövlət Yanğın nəzarəti idarəsinin 21 yanvar 2015-ci il məktubuna əsasən yanğın  təhlükəsizliyinin  təmin  edilməsi üçün  bələdiyyənin fəaliyyət  göstərdiyi inzibati binanın  elektrik  xətləri dəyişdirilib, Lökbatan bələdiyyəsində bələdiyyə qulluqçularının fəaliyyətini yaxşılaşdırılması  üçün iş  otaqları kompüter, kondisioner, iş masaları  və  digər  texniki  avadanlıqlarla təmin  edilərək otaqlarda iş şəraiti yaxşılaşdırılıb.  Sədrin sözlərinə gğrə, ötən ildəki  uğurların biri də şəffaflığın  təmin  edilməsi  məqsədilə işlərin həyata keçirilməsi olub. Belə ki, bələdiyyə işçilərinin əmək  haqlarının  plastik  kartlarla  ödənilməsi, torpaq və əmlak vergilərinin uçotunun dəqiq aparılması üçün  Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “BViS” proqramı Lökbatan bələdiyyəsində təşkil edilib, Lökbatan bələdiyyəsinin qaynar xətt telefonun nömrəsi qəsəbə sakinləri arasında yayılmış, sosial şəbəkələrdə Lökbatan bələdiyyəsinin səhifəsi yaradırılaraq bələdiyyənin həyata keçirdiyi işlər sakinlərin nəzərlərinə çatdırılmış, bələdiyyənin elektron səhifəsi aktivləşdirilmiş, əhalinin sıx toplaşdığı yerlərdə və bələdiyyənin inzibati binasında poçt qutuları quraşdırılmış, bələdiyyənin qəbul etdiyi qərarlar Lökbatan bələdiyyəsində təşkil edilmiş lövhədən asılmış, sakinlərlə mütəmadi görüşlər keçirilmiş, bələdiyyə iclaslarında sakinlərin iştirakı təmin edilmiş və digər təqdirəlayiq işlər həyata keçirilib.

“Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət”  devizi ilə Azərbaycanda keçirilən  “Yerli Demokratiya Həftəsi” çərçivəsində Lökbatan bələdiyyəsi qəsəbənin müxtəlif məhəllələrində  sakinlərlə səyyar görüşlər keçirmiş, bu görüşlərdə “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyəti barədə danışılaraq, həftə ərzində bir sıra ciddi əhəmiyyətli işlərin həyata keçirildiyi vurğulanmış, qəsəbədə azərbaycanlılarla yanaşı ruslar, belaruslar, tatarlar və digər xalqların nümayəndələrinin yaşadığı, bu gün  də çiyin-çiyinə çalışaraq bütün problemlərin həllinə birgə nail olmaları qeyd edilmiş, demokratik həftə ərzində  58 qəsəbə sakini  qəbul edilərək, problemləri dinlənilmiş və həlli ilə bağlı müvafiq işlər aparılmışdır.

Sədrin sözlərinə görə, əldə etdiyimiz uğurlardan biri də torpaq və əmlak vergilərinin toplanmasıyla bağlıdır. 2015-ci ildə ötən  illərlə  müqayisədə  torpaq və əmlak  vergilərinin  toplanılmasında  ciddi  irəliləyiş  əldə  edilmiş, torpaq  vergisinin toplanması 2014-cü illə müqayisədə 5 dəfə, əmlak  vergisi  isə 12 dəfə çox  olub.  Bu da 2014-cü  illə   müqayisədə  ümumilikdə 9 dəfədən çox  deməkdir. Torpaq və əmlak  vergiləri tədiyyə  bildirişi  paylanılaraq bank  və poçt xidmətləri vasitəsi ilə  toplanılmaqdadır.

Qəsəbə ərazisində bir neçə məhəllədə nüfuzlu ağsaqqallardan təşkil olunmuş məhəllə komitələri yaradılıb. Həmin məhəllə komitələri, bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri tərəfindən  sakinlər arasında geniş maarifləndirmə işləri aparırlar.  

Lökbatan bələdiyyəsi tərəfindən qəsəbə ərazisində fəaliyyət  göstərən  orta  məktəblərin  VIII sinif  şagirdləri arasında  inşa  yazı  müsabiqəsi keçirilərək  qaliblər  mükafatlandırılıb.

2015-ci il ərzində  Lökbatan  bələdiyyəsinə idarə və müəssisələrdən 63, vətəndaşlardan isə 123 müraciət daxil  olub ki, bu müraciətlərin də tam əksəriyyəti müsbət həll edilib. Lökbatan bələdiyyəsində  həmçinin ötən dövrdə idarədaxili nizam-intizam qaydaları  gücləndirilərək, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi barədə  işçilər  təlimatlarla  tanış  edilib.

Qurban bayramı münasibətilə qəsəbə ərazisində yaşayan şəhid ailələrinə, aztəminatlı ailələrə, sosial əlillərə, bələdiyyə üzvlərinə və qulluqçularına cəmi 289 nəfərə Qurban əti də daxil olmaqla bayram sovqatı paylanılmış, eyni zamanda bir neçə imkansız ailəyə qurban ətindən əlavə soğan, kartof, çay və qənd  bələdiyyə tərəfindın verilmiş, imkansız qəsəbə sakinlərinin bayram payları bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ünvanlarına çatdırılıb.

Çıxışında sədr Namizəd ismayılov bələdiyyə üzvlərinin nəzərinə çatdırıb ki, qəsəbənin I yaşayış massivi və 20 yanvar küçəsində məhəllədaxili yollara altmış dörd maşın yeddi yüz dörd m3 çınqıl verilərək asfaltaltı hazırlıq işləri həyata keçirilib, habelə qəsəbədə yerləşən 19 saylı poliklinikanın, 6 â„–li uşaq sanatoriyasının, Lökbatan bələdiyyəsinin və digər idarə və müəssisələrin, fərdi yaşayış evləri və çoxmənzilli yaşayış binalarının yerləşdiyi Sabit Orucov küçəsi 5 ünvanında mövcud dirəklərdə əlavə borular qaynaq edilərək 5 nöqtəyə 250 m hava xətti çəkilib küçə işıq lampaları quraşdırılaraq həmin küçə işıqlandırılmış, B.Niftəliyev küçəsində yerləşən 19 saylı binanın sakinləri Lökbatan bələdiyyəsinə müraciəti edərək binanın damının təmir edilməsi üçün 8 top (rulon) tolun alınmasını xahiş etmişlər, sakinlərin müraciəti nəzərə alınaraq 8 top (rulon) tol alınaraq bina sakinlərinə verilmişdir.

Sədr N.ismayılov bildirib ki, bələdiyyə fiziki tərbiyənin inkişafını diqqət mərkəzində saxlayaraq Bakı və Abşeron rayonunun kənd və qəsəbələrinin futbol üzrə payız-yaz birinciliyində iştirak edəcək qəsəbə futbolçularına 40 ədəd idman forması və 10 ədəd futbol topu alaraq Gənclər və idman nazirliyinin Qaradağ rayon Gənclər və idman idarəsinə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə  44 aztəminatlı ailəyə bayram payı təqdim edilib, habelə qəsəbədə yaşayan imkansız ailələrdən olan uşaqlar üçün yeni-2016-cı il münasibətilə bayram şənliyi keçirilib.

Hazırda Lökbatan bələdiyyəsi  qəsəbənin  I yaşayış   massivində  küçələrin işıqlandırılması üçün  işıqların çəkilməsi ilə bağlı hazırlıq işləri həyata keçirilir.

Eyni zamanda Lökbatan bələdiyyəsi qışa hazırlıqla əlaqədar olaraq qəsəbədə yerləşən bir neçə yaşayış binasının giriş hissələrinin təmirini  həyata keçirməyi və qəsəbədə sakinlərin sıx yaşadığı məhəllədə xeyr-şər evinin inşasını planlaşdırır...

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Bakı şəhərində formalaşan 52 bələdiyyənin ictimai fəallığı ilə bağlı araşdırma aparıb. Araşdırmada ekspert qrupu  üçün əsas meyar bələdiyyələrdə informasiya açıqlığının təmin edilməsi,  bələdiyyələrin hər bir fəaliyyətinin ictimaiyyətə çatdırılma səviyyəsi, bələdiyyə-media münasibətlərinin səviyyəsi məsələsinə diqqət yetirilib. Bununla yanaşı bələdiyyələrin sosial şəbəkələrdə, həmçinin Belediyye.info  internet resursunda və “Bələdiyyə həyatı” qəzetində işıqlandırılması səviyyəsi də ümumi rəydə  nəzərə alınıb. Nəticədə, Lökbatan bələdiyyəsi 2015-ci ilin yekunlarına görə “2015-ci ilin ən fəal bələdiyyəsi” seçilib.

Bundan əlavə Qaradağ Rayon icra Hakmiyyəti başçısının sərəncamına əsasən Lökbatan bələdiyyəsinin sədri Namziəd ismayılov rayonun ictimai-siyasi həyatında fəal iştirakına, səmərəli əməyinə görə “Fəxri Fərman”la təltif edilib.

Belediyye.info 

ŞƏRHLƏR